Bank Of Baku

Kadırov interneti vəhhabiliyi yaymaqda ittiham edib

Kadırov interneti vəhhabiliyi yaymaqda ittiham edib
# 09 noyabr 2010 15:35 (UTC +04:00)
Bakı - APA. Çeçenistan rəhbəri Ramzan Kadırov insanları internet vasitəsilə yayılan ekstremist təbliğatdan uzaq tutmağın vacibliyini bəyan edib.

APA-nın “Rosbalt”a istinadən xəbərinə görə, R.Kadırov bildirib ki, İslamla bağlı bir çox saytlar insanları radikalizmə təhrik edir.

O, həmçinin əlavə edib ki, İslam təsadüfi adamların Quranı təfsir etməsini qadağan edir: “Müvafiq təhsili olmayan belə şəxslərin uydurmaları İslam dininə böyük zərbə vura bilər. Gəncləri ələ almaqla vəhhabiyə çevirən daha təhlükəli saytlar Qərbi Avropada kök salıb. Valideynlər bilməlidirlər ki, uşaqları hansı saytlara giri, bu saytlar onların psixikasına necə təsir edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR