Bank Of Baku

Gürcüstan hökuməti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına münasibət bildirib

Gürcüstan hökuməti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına münasibət bildirib
# 09 noyabr 2010 16:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze ötən həftə dərc olunan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, M.Mancqaladze bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə işsizliyin başlıca problem olduğunu yaxşı bilir.

Onun sözlərinə görə, biznesin həyata keçirilməsi sayəsində Gürcüstan hesabatda bir pillə irəliləyib: “Bu faktlar ölkədəki reallığı əks etdirir. Gürcüstan biznes aləmini və iş adamlarını cəlb edən bir ölkə olaraq qalır. Ölkəyə yatırılan hər bir investisiya və həyata keçirilən layihə onun inkişafına atılan bir addımdır. Hər yeni bir layihə isə onlarla iş yerləri deməkdir”.

Mətbuat katibinin sözlərinə görə, Gürcüstanda həyata keçirilən və keçiriləcək bütün islahatlar yalnız ölkənin inkişafına və hər bir Gürcüstan vətəndaşının rifahına xidmət edir: “Hakimiyyət yaxşı bilir ki, onun xalqının ən başlıca problemi işsizlikdir. Buna görə də bu sahədə irəliləyiş əldə etmək üçün hakimiyyət tərəfindən aparılan məqsədyönlü işlərin surəti yeni iş yerləri yaradılması istiqamətinə yönəldilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR