Bank Of Baku

Gürcüstan prezidenti "Ənvər" əməliyyatının iştirakçılarını Vaxtanq Qorqasali ordeni ilə təltif edib

Gürcüstan prezidenti "Ənvər" əməliyyatının iştirakçılarını Vaxtanq Qorqasali ordeni ilə təltif edib
# 09 noyabr 2010 18:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan prezidenti "Ənvər" əməliyyatının iştirakçılarını Vaxtanq Qorqasali ordeni ilə təltif edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili DİN-də xüsusi əməliyyat iştirakçılarına Vaxtanq Qorqasali ordenlərini təqdim edib. Prezident uğurlu əməliyyata görə, iştirakçılara təşəkkürünü bildirib və qeyd edib ki, Gürcüstan müdafiə olunur və heç kim ilə münaqişəyə girmək istəmir. «Bu çox vacib əməliyyatdır. Ona görə ki, bizim ölkəmiz həmişə təzyiq altındadır və həmişə Gürcüstanda stabilliyi pozmağa cəhd göstərilir. Biz müdafiə olunuruq və bizim kəşfiyyatçılarımız müdafiənin ön sıralarındadırlar. Sizə çox sağ olun deyirəm və Gürcüstanı düşmənlərin fitnə-fəsadlarından xalqımızın rifahı naminə qorumaqda sizə uğurlar arzulayıram. Biz heç kimlə münaqişəyə girmək arzusunda deyilik. Biz müdafiə olunuruq», deyə Mixail Saakaşvili xüsusi əməliyyat iştirakçılarına müraciət edib.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində bu ilin oktyabr ayının ortalarında Rusiyaya casusluq edən 13 şəxs həbs edilib. Məlumata görə, onların arasında 2 nəfər erməni var. Həbs edilən şəxslər - Armen Gevorkyan, Ruben Şikoyan, Petre Devrişadze və Yuri Skrılnikov Rusiya vətəndaşıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR