Bank Of Baku

Ermənistanda xəstə məhkumlar qiyam qaldırıb

Ermənistanda xəstə məhkumlar qiyam qaldırıb
# 11 noyabr 2010 10:15 (UTC +04:00)
Bakı – APA. Ermənistanda “Məhkumlar üçün xəstəxana” cəzaçəkmə müəssisəsində 15 məhkum qiyam qaldırıb və aclıq aksiyasına başlayıb. APA-nın Ermənistanda nəşr olunan “168 saat” qəzetinə istinadən verdiyi məlumata görə, QİDS və digər xəstəliklərdən əziyyət çəkən məhkumlar aclıq üçün yer ayrılmadığından xəstəxananın damına çıxıblar. Onlar yalnız ədliyyə naziri Gevork Danielyanla görüşdən sonra damdan eniblər.

Aclıq aksiyasından əvvəl məhkumlar Cəza-İcra İdarəsinin rəisi Ayk Arutunyana müraciət edərək cəzaçəkmə yerlərində ölüm hallarının artdığını nəzərə çatdırıblar və müalicələrinin təmin olunması tələbini irəli sürüblər. A. Arutunyan məhkumlarla görüşüb və müalicəyə güclərini çatmadığını deyib. Məhkumlar belə vəziyyətdə qalmağın mümkün olmadığını söylədikdə idarənin işçiləri onlara özlərini asmağı məsləhət görüblər.

Etiraz aksiyası və nazirin müdaxiləsindən sonra Cəza-İcra İdarəsi məhkumların tələblərinin yerinə yetiriləcəyinə söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR