Bank Of Baku

Gürcüstan paytaxtında AZEBİ-nin illik toplantısı keçirilib

Gürcüstan paytaxtında AZEBİ-nin illik toplantısı keçirilib
# 11 noyabr 2010 22:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 11-də Gürcüstan paytaxtındakı Tiflis Palas mehmanxanasında Azərbaycanın şirkət və iş adamlarının Gürcüstandakı ictimai Birliyinin (AZEBİ) illik toplantısı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, toplantıda 30-a qədər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri iştirak edib. Tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, eyni zamanda AZEBİ-nin ali şurasının sədri Mahir Məmmədov, AZEBİ-nin icraçı direktoru Qaratel Allahverdiyeva, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə çıxış ediblər. Çıxışlarda AZEBİ-nin 2010-cu ildə həyata keçirdiyi layihələrin hesabatı, bu təşkilatın fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib. Müzakirələrdə iştirak edən Azərbaycan iş adamları biznes sahəsində qarşılaşdıqları problemlərdən də söhbət açaraq, onların həlli yolları barədə rəhbərlikdən kömək və yardım etmək barədə tədbirlər görməyi xahiş ediblər. Toplantıda eyni zamanda təşkilata yeni üzvlərin qəbul edilməsinə də baxılıb. Toplantının qərarı ilə AZPROMO (Azərbaycanda İxracın və investisiyaların Təşviqi Fondu) təşkilatının Gürcüstan nümayəndəliyinin rəhbəri İlqar Vəliyev AZEBİ-nin ali şurasının sədr müavini seçilib.

Tədbirdə AZEBİ-nin gələcək planları da müzakirə olunub.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında noyabrın 11-də baş tutan toplantıda AZEBİ-nin keçən il ərzində görülən işlərin yekunlarından da söhbət açıldığını deyib: "Biz bu gün 2010-cu ilin yekunlarını dinlədik. Sevinirik ki, AZEBİ-nin üzvlərinin sayı 22-dən 31 şirkətə qədər çoxalıb. Yekun hesabatı çox maraqlı oldu. Biz AZEBİ-nin üzvləri ilə onları narahat edən problemlər barədə açıq-aşkar söhbətlər etdik. Çox məsələlərdə bir-birimizi dəstəkləmək barədə müzakirələr apardıq. Burada bəzi şirkətlərin ədalətsizliklə qarşılaşması haqqında söhbətlər oldu və biz SOCAR və AZEBİ olaraq Azərbaycan iş adamlarına yardımdan, şirkətlər arasında olan münasibətlər və bir-birilərinə göstərdikləri xidmətdən də danışdıq. Hesabatda Azərbaycanın Gürcüstandakı səfirliyinin həyata keçirdiyi müsbət işləri də vurğuladıq. Bundan əlavə AZEBİ-nin Nizamnaməsində olan dəyişiklikləri müzakirə etdik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR