Bank Of Baku

Beynəlxalq təşkilat Faxralı məscidilə maraqlanıb

Beynəlxalq təşkilat Faxralı məscidilə maraqlanıb
# 12 noyabr 2010 01:26 (UTC +04:00)
Bakı-APA. Milli Azlıqların işi üzrə Avropa Mərkəzinin nümayəndələri (ECMİ) Faxralı kənd məscidi ətrafındakı problemlə tanış olmaq üçün kəndə baş çəkib. Nümayəndələr yerli sakinlərlə görüşüb və bərpası yarımçıq qalmış məscidlə bağlı onlarla söhbət aparıblar. Bu barədə APA-ya “Tolerance” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyindən məlumat verilib.

Xatırladaq ki, 1905-ci ildə tikilmiş məscidin bərpası neçə vaxtdır ki, naməlum şəxslər tərəfindən dayandırılmışdı. Məscidi yerli sakinlər öz hesablarına bərpa edir.
Milli Azlıqların işi üzrə Avropa Mərkəzinin (ECMİ) əsası 1996-cı ildə Almaniyada qoyulub. Təşkilat milli azlıqlar və münaqişələrin həlli istiqamətində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR