Bank Of Baku

Bu ay Bakıda MDB çərçivəsində iki tədbir keçiriləcək

Bu ay Bakıda MDB çərçivəsində iki tədbir keçiriləcək
# 16 noyabr 2010 08:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Noyabrda Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha 2 tədbir keçiriləcək. APA-nın MDB İcra komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, noyabrın 23-də Bakıda rabitə sahəsində regional birlik başçıları Şurasının toplantısı keçiriləcək.
Noyabrın 30-dan dekabrın 1-nə kimi isə Azərbaycan paytaxtında dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək.
Xatırladaq ki, noyabrın 9-da Bakıda «XXİ əsrdə Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı arasında dillərin və mədəniyyətlərin dialoqu» adlı 6-cı Beynəlxalq forum keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR