Bank Of Baku

Türkiyənin və Rusiyanın baş nazirləri arasında telefon danışığı olub

Türkiyənin və Rusiyanın baş nazirləri arasında telefon danışığı olub
# 16 noyabr 2010 16:24 (UTC +04:00)
Bakı – APA. Türkiyənin və Rusiyanın baş nazirləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, telefon danışığında Samsun-Ceyhan neft boru kəməri və “Cənub axını” layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi müzakirə edilib.

Tərəflər Türkiyə parlamentinin AES-lə bağlı sazişi ratifikasiya etməsini, Rusiya tərəfinin isə ratifikasiya prosedurlarını yekunlaşdırmaq üzrə olmasını məmnunluqla vurğulayıblar. Hökumət başçıları Samsun-Ceyhan və “Cənub axını” layihələrinin reallaşdırılmasının nəzərdə tutulan qrafik üzrə davam etdiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR