Bank Of Baku

Qırğızıstanda aprel hadisələri ilə bağlı məhkəmə qalmaqalla başlayıb

Qırğızıstanda aprel hadisələri ilə bağlı məhkəmə qalmaqalla başlayıb
# 17 noyabr 2010 11:29 (UTC +04:00)
APA-nın “Fergana.ru”ya istinadən xəbərinə görə, prosesin ilk günündə qalmaqal baş verib.

Zərərçəkənlərin yaxınları təqsirləndirilən şəxslərə və onların vəkillərinə hücum etmək istəyib. Milis onların qarşısını çətinliklə alıb. Bununla belə, aprel hadisələri zamanı yaxınlarını itirənlər təqsirləndirilən şəxsləri, onların ailələrini və vəkillərini qisas alacaqları ilə hədələyiblər. Hətta müttəhimlərdən birinin xanım qohumu əl ağacı ilə döyülüb.

Zərərçəkənlərdən biri hakimdən müttəhimlərin ev ünvanlarını açıqlamağı tələb edib. Səbəbini isə belə izah edib: “Evlərini yandıracağıq”.

Təhqir olunmağa və hədələnməyə dözməyən vəkillər məhkəmə zalını tərk ediblər. Bu səbəbdən proses noyabrın 18-nə təxirə salınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Qırğızıstanda baş verən aprel çevrilişi zamanı müxalifət tərəfdarları ilə güc strukturlarının toqquşması nəticəsində 70 nəfər ölüb, 1000-dən artıq adam yaralanıb. Bu hadisələrlə bağlı aparılan istintaq 28 nəfəri günahkar elan edib. Onlardan 6 nəfəri - devrilmiş prezident Kurmanbek Bakiyev və daha 5 yüksək rütbəli məmur haqqında axtarış elan olunub, məhkəmə qarşısına isə Milli Təhlükəsizlik və Dövlət Mühafizəsi xidmətlərinin əməkdaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR