Bank Of Baku

Ukraynada dövlət vəsaiti hesabına bahalı avtomobil alan məmur işdən qovulub

Ukraynada dövlət vəsaiti hesabına bahalı avtomobil alan məmur işdən qovulub
# 17 noyabr 2010 12:39 (UTC +04:00)
Bakı - APA. Ukraynanın baş naziri Nikolay Azarov dövlət vəsaiti hesabına bahalı avtomobil almağa qoyulmuş qadağanı pozan məmuru işdən qovub.

APA-nın “Ukrainskaya pravda”ya istinadən xəbərinə görə, bu, Dnepropetrovsk Regional Standartlaşdırma Mərkəzinin baş direktoru Aleksandr Turçindir.

Baş nazir bildirib ki, A.Turçin “xalqın pulunu öz rahatlığı üçün xərcləməyə cəhd göstərib”.

Baş nazirin göstərişi ilə 95 min dollar dəyəri olan “Lexus RX450h” avtomobili satıcısına qaytarılıb, baş direktor barəsində isə xidməti araşdırmalara başlanılıb.

Qeyd edək ki, Ukraynanın baş naziri məmurlara dövlət vəsaiti hesabına bahalı avtomobil almağı və çox xərc tələb edən təmir işləri aparmağı qadağan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR