Bank Of Baku

Türkiyənin Sakariya Universitetinin alimləri Marneulidə görüş keçiriblər

Türkiyənin Sakariya Universitetinin alimləri Marneulidə görüş keçiriblər
# 17 noyabr 2010 20:56 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Türkiyədə fəaliyyət göstərən Sakarya Universitetinin alimləri Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin professor-müəllim və tələbələri ilə görüş keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin rektoru, professor Novruz Bayramov açaraq türkiyəli qonaqlara rəhbərlik etdiyi universitetin fəaliyyəti barədə məlumat verib, onları bu təhsil ocağında çalışan gürcü və azərbaycanlı alimlərlə tanış edib, universitetdə həyata keçirilən yeniliklər və tədbirlər barədə ətraflı məlumat verib. Sonra Türkiyənin Sakarya Universitetinin alimlərindən professor. Dr. Musa Daşdələn (sosioloq), Dosent. Dr. Əngin Yılmaz (Türk dili və Ədəbiyyatı), Dosent. Dr. Əbubəkr Sofuoğlu (tarix üzrə), pedaqoji elmlər doktoru Konstantin Ramişvili və Türkiyədə təhsil alan soydaşımız Anar Yadigarov və başqaları çıxış edərək gələcəkdə belə əlaqələrin davam etdirilməsindən və tələbə mübadiləsindən, təhsilin keyfiyyətindən, eyni zamanda müxtəlif dilləri öyrənib bilməklə dünyanın istənilən ölkəsində təhsil almağın mümkün olduğunu bildiriblər.
Daha sonra Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti rəhbərliyi ilə Sakarya Universitetinin alimləri arasında fikir mübadiləsi aparılıb, gələcəkdə hər iki təhsil ocağının müqavilə bağlayıb rəsmi təhsil əlaqələrinin möhkəmləndirilməsi sahəsində işlərin genişləndirilməsi barədə söhbətlər aparılıb. Qeyd olunub ki, gələcəkdə universitetlər arası görüşlər davam etdirilsin, konqreslər və simpoziumlara ikitərəfli dəvətlər həyata keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR