Bank Of Baku

Gürcüstanın baş naziri: "Bir il yarımdan sonra Marneuli şəhəri 24 saatlıq içməli su ilə təchiz olunacaq"

Gürcüstanın baş naziri: "Bir il yarımdan sonra Marneuli şəhəri 24 saatlıq içməli su ilə təchiz olunacaq"
# 17 noyabr 2010 21:53 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. "Gələn ilin may ayından Marneulidə içməli su çəkilişi başlayacaq." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri noyabrın 17-də Marneulidə kompakt yaşayan azərbaycanlılarla görüşə gələn Gürcüstanın baş naziri Nika Gilauri deyib. Onun sözlərinə görə, içməli su çəkilişi bir il yarıma başa çatacaq. "Sovetlər Birliyi zamanı mən Marneulidə olmamışam. İndi isə Marneulidə, eləcə də Gürcüstanın hər yerində gedən inkişafı hamı görür. Bir il yarımdan sonra Marneuli şəhər sakinləri 24 saatlıq içməli su ilə təchiz olunacaqlar. Bu barədə layihə hazırlanır. May ayından başlayaraq layihənin həyata keçirilməsi həyata keçiriləcək. Əlbəttə yollar da düzələcək", deyə baş nazir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR