Bank Of Baku

MDB Hökumət Başçıları Şurasının Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi açıqlanıb

MDB Hökumət Başçıları Şurasının Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi açıqlanıb
# 18 noyabr 2010 12:01 (UTC +04:00)
APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, hökumət başçıları 20-dən artıq sənəd layihəsi müzakirə edəcəklər. Həmin sənədlər birliyin iqtisadi və humanitar sahələrdə, həmçinin təhlükəsizliyin təmin olunması sahəsində əlaqələrin inkişafı və dərinləşməsinə yönəlib.
Müzakirə olunan sənədlər arasında azad ticarət zonasının yaradılması və fəaliyyəti, ət-süd məhsulları bazarı, Birlik ölkələrində ərzaq təhlükəsizliyinin artırılması, enerji resurslarının istehsalı və istehlakı ilə bağlı sənəd layihələri var.
MDB hökumət başçıları MDB-nin 20 illiyinə həsr olunmuş dövlətlərarası sərginin təşkil olunması və Moskvada Ümumrusiya Sərgi Mərkəzinin bazasında MDB ölkələrinin daima fəaliyyət göstərən sərgilərinin yaradılması məsələlərini də müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR