Bank Of Baku

Dmitri Medvedev: “Şimali Qafqazda vəziyyətin yaxşılaşdığına dair statistika yalan-palandan ibarətdir”

Dmitri Medvedev: “Şimali Qafqazda vəziyyətin yaxşılaşdığına dair statistika yalan-palandan ibarətdir”
# 19 noyabr 2010 16:52 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bölgədə sabitliyin təmin edilməsi üçün kompleks tədbirlərin görülməsinə həsr olunmuş müşavirədə çıxış edən D. Medvedev Qafqazda operativ durumun praktik olaraq yaxşılaşmadığını söyləyib: “Bu statistikaya inam yoxdur, çox vaxt bunlar yalan-palandan ibarət olur”.

Dövlət başçısı hesabatlar, o cümlədən DİN-in hesabatları ilə bağlı nə isə etmək lazım gəldiyini vurğulayaraq “Polis haqqında” yeni qanunun statistikanın daha dəqiq aparılmasına imkan yaradacağını vurğulayıb.

Müşavirədə çıxış edən Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov ilin əvvəlindən Qafqazda keçirilən əməliyyatlar barədə məlumat verib. O, 332 silahlının öldürüldüyünü, qanunsuz silahlı dəstələrin 530 üzvünün və onların yardımçılarının yaxalandığını açıqlayıb. D. Medvedev bir çox yararlı əməliyyatın keçirildiyini təsdiqləyərək terror aktlarının qarşısının alınmasının vacibliyinə diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR