Bank Of Baku

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
# 20 noyabr 2010 13:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Noyabrın 19-da Rusiyanın Perm vilayətində “MiQ-31” qırıcı təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılır.

APA-nın “RİA-Novosti” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, ilkin araşdırmalara görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb: “Bu, ilkin informasiyadır. Araşdırmalar davam edir. Qəzanın əsl səbəbləri təhqiqat yekunlaşandan sonra bəlli olacaq”.

Qeyd edək ki, qəza hadisəsi noyabrın 19-da yerli vaxtla saat 11:06-da baş verib. Qəzadan sonra təyyarə heyəti hadisə yerindən helikopter vasitəsilə hospitala çatdırılıb. Qəza zamanı ölən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR