Bank Of Baku

Nazranın mərkəzi bazarında partlayış baş verib

Nazranın mərkəzi bazarında partlayış baş verib
# 20 noyabr 2010 14:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İnquşetiya Respublikasının paytaxtı Nazranın mərkəzi bazarında partlayış baş verib.

APA-nın “RİA-Novosti” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, hadisə barədə İnquşetiya hüquq-mühafizə orqanlarından bildirilib ki, ilkin məlumatda hadisənin iki naməlum kişi tərəfindən törədildiyi müəyyənləşdirilib: “Məlumata görə, 20-30 yaşlarında iki kişi mərkəzi bazara bitişik olan Fabriçnaya küçəsində yerləşən mağazaya yaxınlaşaraq, dükanın içərisinə kağıza bükülü olan bağlama atıblar. Nəticədə, partlayış baş verib”.

İnquşetiya daxili işlər orqanları hadisə ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR