Bank Of Baku

Faxralı məscidilə bağlı problem növbəti dəfə ABŞ Dövlət Departamentinin hesabatında öz əksini tapıb

Faxralı məscidilə bağlı problem növbəti dəfə ABŞ Dövlət Departamentinin hesabatında öz əksini tapıb
# 22 noyabr 2010 20:42 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan hüquqları və əmək məsələləri üzrə Bürosunun növbəti 2010-cu il üzrə hesabatında Gürcüstanla bağlı bölmədə (http://www.state.gov/g/drl/rls/irf/2010/148936.htm) ölkənin azərbaycanlılar yaşayan Faxralı kəndindəki məscidin problemi öz əksini tapıb. Bu barədə APA Milli Azlıqların Hüquqlarının Müdafiəsi üzrə Monitorinq Qrupuna istinadən məlumat verir. Hesabatın Faxralı məscidilə bağlı hissəsində deyilir: “2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər. Qrup üzvləri kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkirdilər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib. Onun sözərinə görə, məscidin lazımı icazə olmadan bərpası qeyri-qanunidir”.
Qeyd edək ki, Faxralı məscidi ilə bağlı problem ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan hüquqları və əmək məsələləri üzrə Bürosunun ötən ilki hesabatında da öz əksini tapmışdı.
Faxralı məscidi 1905-ci ildə tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR