Bank Of Baku

Maşınla bir qadını və iki azyaşlı uşağı vuran futbolçu istintaq təcridxanasında intihara cəhd edib

Maşınla bir qadını və iki azyaşlı uşağı vuran futbolçu istintaq təcridxanasında intihara cəhd edib
# 23 noyabr 2010 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, təcridxananın əməkdaşları vaxtında müdaxilə edərək futbolçunun boğazını ilgəkdən çıxara biliblər. Hazırda Vladimir Piskun sutkalıq nəzarət altında saxlanır.

Xatırladaq ki, “Sevastopol” klubunun futbolçusu Vladimir Piskun öz tanışı ilə şəhərin mərkəzi küçələrindən birində maşın yarışı təşkil edib. Qəfil idarəetməni itirən futbolçu maşını səkiyə çıxarıb və bu zaman oradan keçən 26 yaşlı qadını və onun 2 və 5 yaşlı iki qızını vurub. Qadın və qızları və hadisə zamanı maşında olan bir hamilə qadın dünyasını dəyişiblər. Vladimir Piskun qəzadan kəllə beyin travması ilə qurtarıb. Hadisə yerinə gələn milislər və ekspert qrupu əhalinin futbolçunun linç etməsinin qarşısını ala biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR