Bank Of Baku

MDB dövlət başçıları və xarici işlər nazirləri şuralarının iclaslarının gündəliyi açıqlanıb

MDB dövlət başçıları və xarici işlər nazirləri şuralarının iclaslarının gündəliyi açıqlanıb
# 23 noyabr 2010 14:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıları və xarici işlər nazirləri şuralarının Moskvada keçiriləcək iclaslarının gündəliyi açıqlanıb. APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 10-da keçiriləcək dövlət başçıları Şurasının iclasında 20 sənədin layihəsi müzakirə olunacaq. Həmin sənədlər iqtisadi və humanitar sahələrdə inteqrasiya proseslərinin fəallaşdırılması, təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığa həsr edilib.

İqtisadi sahədə ən vacib sənədlər arasında azad ticarət zonası haqqında müqavilə layihəsi, 2011-ci ilin MDB-də “Ərzaq təhlükəsizliyinin gücləndirilməsi ili” elan olunması məsələləri göstərilir.

Siyasi əməkdaşlıq sahəsində MDB ölkələrinin ATƏT çərçivəsində əməkdaşlığı haqqında qərar layihəsi, humanitar sahədə beynəlxalq gənclər əməkdaşlığı strategiyası və s. məsələlər müzakirə olunacaq.

Dövlət başçılarına imzalanmaq üçün 2015-ci ilə kimi hərbi əməkdaşlıq konsepsiyası, razılaşdırılmış sərhəd siyasətinin həyata keçirilməsi, dövlətlərarası axtarışda olan şəxslər haqqında müqavilə təqdim ediləcək.

Prezidentlərdən bir gün öncə - dekabrın 9-da isə xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. Həmin görüşdə 18 məsələ müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR