Bank Of Baku

Mixail Saakaşvili Gürcüstanın Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyib

Mixail Saakaşvili Gürcüstanın Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyib
# 24 noyabr 2010 00:30 (UTC +04:00)
APA-Bakı. Prezident Mixail Saakaşvili Rusiya ilə işğal olunmuş ərazilərlə bağlı münaqişədə birtərəfli şəkildə hərbi qüvvədən istifadə etməməyə söz verib və deyib ki, Gürcüstan Moskva ilə daha konstruktiv münasibətlərə hazırdır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, Gürcüstan prezidenti Strasburqda Avropa Parlamenti qarşısında çıxış edib.
“Gürcüstanın Rusiya Federasiyası ilə münaqişənin dinc yolla həllinə sadiq olduğunu sübut etmək üçün biz bu gün birtərəfli qaydada elan edirik ki, Gürcüstan Rusiyanın işğal edilən ərazilərdən geri çəkilməsi və işğal edilmiş ərazilərdə nəzarətin bərpa edilməsi üçün hərbi gücdən istifadə etməyəcək”-deyə prezident Saakaşvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR