Bank Of Baku

Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissədə çoxlu sayda erməni hərbçini öldürən və yaralayan şəxs günahkar olduğunu etiraf edib

Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissədə çoxlu sayda erməni hərbçini öldürən və yaralayan şəxs günahkar olduğunu etiraf edib
# 24 noyabr 2010 10:53 (UTC +04:00)
APA-nın “Armtoday”ə istinadən verdiyi məlumata görə, o, bir və daha çox şəxsin öldürülməsi, bir və daha çox şəxsə qarşı ölüm sui-qəsdi və hərbi xidmətin aparılması qaydalarının pozulması maddələri ilə təqsirli bilinir.

Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətindən bildirilib ki, M. Azroyan barəsində həbs-qətimkan tədbiri seçilib. O özünü təqsirli bilib. Hazırda Xankəndində hərbi hospitalda müalicə olunan “Yezdi” ləqəbli M. Azroyanın milliyyətcə erməni olduğu da açıqlanıb.

Qeyd edək ki, noyabrın 19-dan 20-nə keçən gecə saat 00.00 radələrində Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrindən birində silahlı insident baş verib. Ermənilər insident nəticəsində 4 hərbçinin öldüyü, 4-nün isə yaralandığı barədə məlumat yayıblar. APA-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə isə atışma nəticəsində 20-dən artıq erməni hərbçi ölüb, 30-dan artıq şəxs yaralanıb. Yaralılardan biri İrəvana aparılıb, onun üzərində iki dəfə cərrahiyyə əməliyyatı aparılsa da, həkimlər Sarqis Melkumyan adlı yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Erməni mətbuatının yazdığına görə, M. Azroyan hərbçilərə atəş açıb, sonra isə intihar etmək istəyib. Lakin onun intihar cəhdi baş tutmayıb. M. Azroyan döyüş postundan 150 metr kənarda aşkarlanıb, onun bədənində dörd güllə yarası olub. İnsident isə postda döyüş növbəsi çəkən vaxt baş verib. Hərbçilər arasında SD-pleyerə qulaq asmaq üstündə mübahisə baş verib və mübahisə atışma ilə nəticələnib.

Hazırda M. Azroyanın müalicə aldığı hospital ölən hərbçilərin yaxınlarının qisas almaq istəyini əngəlləmək üçün ciddi nəzarətə götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR