Bank Of Baku

Bakıda Moldova parlamentinə seçkilərlə bağlı seçki məntəqəsi fəaliyyət göstərəcək

Bakıda Moldova parlamentinə seçkilərlə bağlı seçki məntəqəsi fəaliyyət göstərəcək
# 25 noyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanda yaşayan Moldova vətəndaşları üçün ölkələrində keçirilən parlament seçkilərində iştirak etmək imkan yaradılıb. Moldovanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin binasında 305 saylı seçki məntəqəsi yaradılıb.

Seçkilər keçirilən gün – noyabrın 28-də Bakıdakı seçki məntəqəsi səhər saat 7-dən axşam saat 20-yə kimi açıq olacaq. Bu seçki məntəqəsində təxminən 30 Moldova vətəndaşının səs verəcəyi gözlənilir. Onların əksəriyyəti Bakıda təhsil alan və çalışan, həmçinin Azərbaycan vətəndaşları ilə nikahda olan insanlar və səfirliyin əməkdaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR