Bank Of Baku

Bu il Ermənistan ordusu 44 hərbçisini itirib

Bu il Ermənistan ordusu 44 hərbçisini itirib
# 25 noyabr 2010 15:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmləri Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.

A. Sakunts bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il 31 hərbçi hərbi xidmət zamanı bu və ya digər səbəblərdən dünyasını dəyişib: “Uzun illər ərzində o qədər üstü açılmamış qətllər yığılıb, o qədər məsələ öz həllini tapmamış qalıb ki, bu kimi ölüm halları və onlara qeyri-adekvat münasibət artıq dözülməz həddə çatıb. Hətta bu məsələyə marağının artması belə qanunsuzluqlara və korrupsiyaya uğramış sistemi xilas edə bilməz. Əgər Ali Baş Komandan bu kimi məsələləri gündəmə gətirən insanlara nifrət etdiyini deyirsə, onda yalnız siyasi məqsədlər üçün istifadə olunan hərbi rəhbər heyətdən nə gözləmək olar? Məgər digər 7 halı nəzərə almasaq, 37 ölüm faktına görə bir komandir və ya zabit məsuliyyətə cəlb olunub? Çox tez bir zamanda baş verən hadisəyə görə sıravi əsgəri ittiham edirlər və onun könüllü etirafı nəticəsində qərar qəbul olunur. Bu ali səviyyəli absurddur. Mən Ali Baş Komandanın, müdafiə nazirinin və baş qərargah rəisinin istefasını tələb edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR