Bank Of Baku

Rusiya prezidenti: “Xarici ölkələrdə hərbi bazalar yerləşdirməyi düşünürük”

Rusiya prezidenti: “Xarici ölkələrdə hərbi bazalar yerləşdirməyi düşünürük”
# 25 noyabr 2010 16:55 (UTC +04:00)
APA-nın Vesti.ru-ya istinadən məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev Silahlı Qüvvələrin rəhbər heyətinin toplanışında çıxış edib.

“Sizdən gizlətmirəm - bu barədə bəzi ideyalar var, amma məlum səbəblərdən onları açıqlamıram” - deyə prezident qeyd edib. Onun sözlərinə görə, Rusiya artıq əvvəlki imkanlarını itirib: “Xarici ölkələrin ərazisində hərbi bazalar Rusiya prezidentinin sərəncamı ilə yaradılmır. Bunun üçün gərgin siyasi-diplomatik iş aparmaq lazımdır ki, bizi orda görmək istəsinlər və buna öz imiclərinin, təhlükəsizliklərinin möhkəmlənməsi elementi kimi baxsınlar”.

D.Medvedev qeyd edib ki, gəmilərin arxasınca göndərilən təchizat gəmiləri baha başa gəlir və çox vaxt istənilən effekti vermir: “Bu mənada bizim indiki tərəfdaşlarımız daha yaxşı şərtlərə malikdirlər. Onlar özləri üçün dünyanın müxtəlif yerlərində bazalar düzəldiblər və istədikləri vaxt ora daxil olurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR