Bank Of Baku

Rusiya NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana tranzitinə razılıq verir

Rusiya NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana tranzitinə razılıq verir
# 26 noyabr 2010 02:27 (UTC +04:00)
Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva tranzitin genişləndirilməsinə dair hazırkı razılığa əsasən NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana keçməsinə icazə verəcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Moskvada keçirilən mətbuat konfransında Sergey Lavrov deyib ki, Rusiyadan yolun açılması minalardan müdafiə olunmuş maşınlara aiddir.
NATO-nun baş katibi Anders Foq Rasmussen keçən həftə NATO-Rusiya Şurasının iclasında Rusiyanın Əfqanıstan müharibəsində əməkdaşlığı artırmağa razı olaraq, alyans əsgərlərinə yardım məqsədilə öz ərazisindən daha artıq təchizat keçirilməsinə icazə verdiyini elan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR