Bank Of Baku

Dağıstanda iki silah anbarı tapılıb

Dağıstanda iki silah anbarı tapılıb
# 27 noyabr 2010 08:08 (UTC +04:00)
Bakı – APA. Rusiyanın hüquq-mühafizə orqanları Dağıstan ərazisində iki silah və sursat anbarı aşkarlayıb. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, anbarlardan biri Xasavyurd rayonunda, digəri isə Maxaçqala-Kaspiysk avtomobil yolu yaxınlığında aşkarlanıb. Məlumatı milis işçilərinə bir qədər öncə şübhəli şəxs qismində saxlanılan yerli sakin verib. Anbarlarda qumbaraatan, avtomat, xeyli sayda güllə, hərbi geyim, plastik qablar və s. tapılıb.

Milis işçilərinin verdiyi məlumata görə, anbarlar noyabrın 1-də Kaspiyskdə öldürülən yaraqlı Murad Şaşayevə məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR