Bank Of Baku

Dmitri Medvedev: “Raket hücumundan müdafiə sahəsində razılaşma əldə olunmasa, silahlanma yarışının yeni mərhələsi başlayacaq”

Dmitri Medvedev: “Raket hücumundan müdafiə sahəsində razılaşma əldə olunmasa, silahlanma yarışının yeni mərhələsi başlayacaq”
# 30 noyabr 2010 14:23 (UTC +04:00)
APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitri Medvedev Federasiya Şurası qarşısında ənənəvi illik müraciətində deyib. O, Rusiyanın hava hücumundan və raket hücumundan müdafiə sistemlərini birləşdirməyi təklif edib: “Ölkənin hava-kosmik müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilməli, mövcud hava və raket hücumundan müdafiə sistemləri birləşdirilməlidir. Onlar vahid strateji komandanlıq altında fəaliyyət göstərməlidir”.

D. Medvedev bildirib ki, raket hücumundan vahid qlobal müdafiə sistemi qurulmasa, dünyanı yeni silahlanma yarışı gözləyir: “Mən açıq demək istəyirəm ki, yaxın 10 ildə bizi bu alternativ gözləyir – biz ya raketdən müdafiə sahəsində razılığa gəlib birgə əməkdaşlıq mexanizmi quracağıq, ya da konstruktiv razılaşma əldə olunmayacaq və silahlanma yarışının yeni mərhələsi başlayacaq. Və biz yeni zərbə vasitələri yerləşdirmək barədə qərar qəbul etməli olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR