Bank Of Baku

MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəisləri sənədlər paketi imzalayıblar

MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəisləri sənədlər paketi imzalayıblar
# 03 dekabr 2010 13:38 (UTC +04:00)
Bu barədə APA Rusiya mətbuatına istinadən məlumat verib.

MDB Müdafiə Nazirləri Şurası Katibliyinin mətbuat katibi, I dərəcəli kapitan Mixail Sevastyanov jurnalistlərə Baş Qərargah rəislərinin MDB Birləşdirilmiş Nəzarət Sisteminin yaradılması, MDB Müdafiə nazirliklərinin radiasiya, kimya və bioloji vəziyyəti qiymətləndirmə sənədlərinə, «Parol» dövlətlərarası vahid radiolokasiya sisteminin təkmilləşdirilməsi, silahlı qüvvələrin mühəndis təminatı və s. məsələlərə baxıblar. M. Sevastyanov həmçinin bildirib ki, bundan başqa, topogeodoziya təminatı, naviqasiya məsələləri üzrə sənədlər bəyənilib. MDB-ın ölkələrinin silahlı qüvvələrinin xidmətləri arasında hidrometeoroloji məsələlər, Baş Qərargahlar və Müdafiə Nazirlikləri arasında arxivlərdən və informasiyalardan istifadə sahəsində əməkdaşlıq məsələlərinə baxılıb.

İclasda həmçinin MDB üzv dövlətlər arasında 2015-ci ilə qədərki dövrü əhatə edən hərbi əməkdaşlığın konsepsiya layihəsinə də baxılaraq razılaşdırılıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov jurnalistlərə bildirib ki, MDB dövlət başçılarının bu ay planlaşdırılan sammitində üzv ölkələr arasında 2015-ci ilə qədərki dövrü əhatə edən hərbi əməkdaşlığın konsepsiyası qəbul ediləcək.

Baş Qərargah Rəislərinin toplantısında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR