Bank Of Baku

Moskvada 14 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 yaşlı uşaq ölüb

Moskvada 14 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 yaşlı uşaq ölüb
# 04 dekabr 2010 12:26 (UTC +04:00)
Bakı-APA. Moskvada yaşayış evində baş verən yanğın nəticəsində 3 yaşlı uşaq ölüb. APA-nın “RİA novosti”-yə istinadən verdiyi məlumata görə, Moskvanın General Kuznetsov küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib. Səhər saatlarında qeydə alınan yanğını söndürməyə gələn xilasedicilər mənzildə olan sakinləri evakuasiya ediblər. Daha sonra 3 yaşlı oğlan uşağının mənzildə qaldığını öyrənən xilasedicilər onu yanğın yerindən çıxarıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR