Bank Of Baku

Rusiyada təyyarə qəzası nəticəsində xəsarət alanların sayı 83 nəfərə çatıb

Rusiyada təyyarə qəzası nəticəsində xəsarət alanların sayı 83 nəfərə çatıb
# 04 dekabr 2010 17:45 (UTC +04:00)
Bakı-APA. Rusiyada baş verən Tu 154 təyyarəsinin qəzası nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb.
Yaralananlar Moskva vilayətin bir neçə xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, “Dagestan Airline” aviaşirkətinə məxsus Tu-154 sərnişin təyyarəsi “Damadedovo” hava limanına qəza enişi etməsi nəticəsində üç hissəyə parçalanıb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Təyyarənin göyərtəsində 163 sərnişinin və 9 ekipaj üzvü olub.
Tu-154 təyyarəsi “Vnukovo” hava limanından qalxandan yarım saat sonra hər üç mühərrikinin sıradan çıxması səbəbindən qəza enişi edib. Bu zaman təyyarənin eniş zolağından çıxdığı və zədə aldığı açıqlanıb.
Rusiya hüquq-mühafizə orqanları araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR