Bank Of Baku

Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı 6 silahlı öldürülüb

Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı 6 silahlı öldürülüb
# 06 dekabr 2010 07:36 (UTC +04:00)
Bakı – APA. Dekabrın 5-də Rusiya Federasiyası Dağıstan Respublikasında həyata keçirilən xüsusi əməliyyat zamanı 6 silahlı şəxs, o cümlədən dəstə başçısı öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiyanın Milli Antiterror Komitəsi hadisənin Kizilyurt rayonunun Kirov-aul kəndində baş verdiyini açıqlayıb. Döyüş yerindən 6 “Kalaşnikov” avtomatı və 2 tapança götürülüb. Əməliyyat zamanı xüsusi təyinatlı milis dəstəsinin 1 üzvü həlak olub. Bundan başqa, güllə yarası alan 9 yaşlı oğlan uşağı da ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR