Bank Of Baku

Moldova parlamentində kommunistlərlə demokratlar koalisiya yaradıblar

Moldova parlamentində kommunistlərlə demokratlar koalisiya yaradıblar
# 06 dekabr 2010 07:47 (UTC +04:00)
Bakı – APA. Moldovanın yeni formalaşan parlamentində kommunistlərlə demokratlar sol-mərkəzçi koalisiya yaradıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, razılıq Kommunist Partiyasının lideri Vladimir Voroninlə Demokrat Partiyasının lideri Marian Lupu arasında keçirilən görüşdə əldə edilib. V. Voronin yeni koalisiyanın hökuməti və parlament rəhbərliyini formalaşdıracağını açıqlayıb. Koalisiyaya 57 (42 kommunist+15 demokrat) deputat daxil olub. Prezidentin seçilməsi üçün 61 səsə ehtiyac var. Lakin V. Voronin və M. Lupu əlavə 4 səsin tapılmasının texniki məsələ olduğunu bildiriblər.

Xatırladaq ki, hazırda prezident səlahiyyətlərini köhnə parlamentin sədri, Liberal Partiyasının lideri Mixay Gimpu icra edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR