Bank Of Baku

Gürcüstan parlamenti ölkənin üç səfirini təsdiq edib

Gürcüstan parlamenti ölkənin üç səfirini təsdiq edib
# 07 dekabr 2010 21:21 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Dekabrın 7-də axşam saatlarında Gürcüstan parlamenti üç ölkə səfirini təsdiq edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidentinin parlamentə təqdimatı ilə Meksikaya Malxaz Mikeladze, Braziliyaya Otar Berdzenişvili və Ermənistana müxalifət partiyasının nümayəndəsi Tenqiz Şarmanaşvili təyin olunub. Parlament üzvləri təqdim olunan hər üç namizədə səs verməklə onları səfir vəzifəsinə təsdiq ediblər.
Xatırladaq ki, üzümüzə gələn cümə günü Teymuraz Şaraşenidzenin Gürcüstanın Azərbaycandakı səfirinə namizədliyi parlament üzvləri tərəfindən təsdiq olunacaq. Qeyd edək ki İstanbulda baş konsul vəzifəsində çalışan, T. Şaraşidzenin namizədliyini Gürcüstan Prezidenti Mixail Saakaşvili irəli sürüb.
Qeyd edək ki, Gürcüstan 11 ölkədə öz səfirlərini dəyişdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR