Bank Of Baku

Gürcüstanda fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin yeni rəhbəri təyin edilib

Gürcüstanda fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin yeni rəhbəri təyin edilib
# 08 dekabr 2010 20:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) nümayəndə heyətinin yeni rəhbəri təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 8-də nümayəndə heyətinin yeni rəhbəri Filip Dmitrov etimadnaməni Gürcüstan Xarici İşlər Nazirinin müavini Tornike Qordadzeyə təqdim edib. Məlumata görə, rəsmi mərasimdən sonra tərəflər Gürcüstan və Aİ arasında əlaqələr, aktual məsələlər, azad ticarət barədə fikir mübadiləsi, viza rejiminin asanlaşdırılması barədə müqavilələrin vaxtında həyata keçirilməsi və bu sahədə bir sıra missiyalar və əlaqələr barədə təkliflər, Gürcüstanın təhlükəsizliyi və stabilliyinin möhkəmləndirilməsi və s. məsələlər müzakirə olunub.

T.Qordadze Filip Dmitrova nümayəndə heyətinə rəhbərlik fəaliyyətində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR