Bank Of Baku

MDB xarici işlər nazirləri Moskvada 10-dan artıq sənədi müzakirə ediblər

MDB xarici işlər nazirləri Moskvada 10-dan artıq sənədi müzakirə ediblər
# 09 dekabr 2010 12:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik məsələsi MDB dövlət başçıları Şurasının iclası çərçivəsində prezidentlər tərəfindən müəyyənləşdiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu gün Moskvada keçirilən MDB xarici işlər nazirləri Şurasının iclasının yekunları ilə bağlı suala cavabında deyib. O bildirib ki, növbəti sammitin harada keçiriləcəyi də prezidentlərin bu qərarından asılıdır.

Nazir görüşdə beynəlxalq məsələlərə dair 10-dan artıq sənədin müzakirə olunduğunu, onların əksəriyyətinin prezidentlərin sabah keçirəcəyi görüşün gündəliyinə salındığını söyləyib. Həmin sənədlər arasında 2020-ci ilə kimi gənclərin beynəlxalq əməkdaşlıq strategiyasının layihəsi, 2015-ci ilə kimi hərbi əməkdaşlıq konsepsiyasının layihəsi və s. məsələlər var.

Xatırladaq ki, toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR