Bank Of Baku

Moskva NATO-nun “müdafiə planlarına” sərt reaksiya verib

Moskva NATO-nun “müdafiə planlarına” sərt reaksiya verib
# 09 dekabr 2010 23:32 (UTC +04:00)
Bakı-APA. Moskvada NATO-nun Polşa və Baltiya ölkələrinin Rusiyadan müdafiəsi üzrə mümkün planlara malik olması haqda məlumatlar ciddi suallar doğurur.
APA-nın bbc.com saytına isitnadən verdiyi xəbərə görə,
bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Wikileaks saytının yaydığı məlumatlara reaksiyasında bildirib.
Sergey Lavrov NATO-nun nə zaman səmimi olmasını ayırd etmək istəyir.
O bildirib ki, ən azı sual yaranır - NATO Moskvayla tərəfkeşliyin inkişaf etdirilməsi haqda razılığa gələndə səmimi idi, yoxsa qapalı rejimdə bir qədər başqa məsələləri həll edəndə. Nazir deyib ki, Rusiya bu sulları artıq verib və onlara cavab gözləyir.
Belə reaksiyaya səbəb Wikileaks saytında yer almış ABŞ-ın məxvi diplomatik yazışması olub. Burada göstərilir ki, bu il NATO 3 Baltiya ölkəsi və Poşanın Rusiyanın mümkün təcavüzündən müdafiə edilməsi üzrə plan hazırlayıb. Qeyd olunur ki, Eagle Guardian, yəni Qoruyucu qartal adı almış xüsusi plana əsasən, Rusiyanın Estoniya, Latviya və Litvaya təcavüzü təqdirdə bu ölkələrin müdafiəsinə NATO 9 diviziya göndərəcək. Diviziyalar arasında ABŞ, Almaniya, Britaniya və Polşa birləşmələri olmalıdır.
Bu arada NATO-da bildirilir ki, alyans Moskvanı düşmən saymır və o alyans üçün təhlükə deyil. Habelə NATO-da Polşa və Baltiya ölkələrinin Rusiyadan müdafiə olunması üzrə mümkün planın olması məsələsini şərh etməkdən imtina edirlər. Təşkilatın baş katibi Anders Foq Rasmussen bildirib ki, NATO-nun siyasətinə əsasən məxvi məlumatların sızılması şərh olunmur.
Litvanın keçmiş prezidenti, hazırda Avropa parlamentinin deputatı Vitautas Landsberqis öz növbəsində bildirir ki, Baltiya ölkələrinin Rusiyadan müdafiə olunması üzrə planlar doğrudan da mövcuddur:
"NATO-nun Baltiya ölkələrinin müdafiə edilməsi öhdəliyini götürməsi və bunun üçün planlar hazırlaması məlumdur, bu təzə bir şey deyil. Bu Baltiya ölkələrinin özlərini daima müdafiəsiz hiss etməməsi üçün edilir. Rusiya özünün kiçik qonşularıyla heç də etimad yaradan siyasət aparmır", Landsberqis deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR