Bank Of Baku

Gürcüstanın Azərbaycanda səfiri vəzifəsinə irəli sürülən namizədin təsdiqi gözlənilir

Gürcüstanın Azərbaycanda səfiri vəzifəsinə irəli sürülən namizədin təsdiqi gözlənilir
# 10 dekabr 2010 04:41 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Dekabrın 10-da Gürcüstan parlamentinin sessiya iclasında Gürcüstanın Azərbaycanda səfiri vəzifəsinə irəli sürülən namizədin təsdiqi gözlənilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkə prezidenti Mixail Saakaşvili tərəfindən Azərbaycanda səfir vəzifəsinə Teymuraz Şaraşenidze namizəd göstərilib. Parlamentdən APA-ya verilən məlumata görə, həmin gün İsveçə-Konstantin Kavtaradze, Polşaya-Nikoloz Nikolozişvili, Slovakiyaya-Aleksandr Nalbandov, Portuqaliyaya -Georgi Qorqiladze, Misirə-Arçil Dzuliaşvili və İsveçrəyə-Zurab Çiaberaşvili səfir vəzifələrinə təsdiq olunacaqlar. Avropa Şurasında Gürcüstanın daimi nümayəndəsi vəzifəsinə Mamuka Jqenti təsdiq olunacaq.
Xatırladaq ki, səfirliyə namizədlərlə Gürcüstanın Xarici əlaqələr və xaricdə yaşayan həmvətənlərlə əlaqələr komitələrində söhbətlər aparılıb və namizədlər bəyənilib.
Qeyd edək ki, Azərbaycanda səfir vəzifəsinə namizədliyi təsdiq olunan Teymuraz Şaraşenidze İstambulda baş konsul vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR