Bank Of Baku

Dmitri Medvedev 2010-cu ili MDB üçün uğurlu hesab edir

Dmitri Medvedev 2010-cu ili MDB üçün uğurlu hesab edir
# 10 dekabr 2010 21:31 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev 2010-cu ili MDB üçün uğurlu hesab edir.

«Bu il pis olmadı, çünki biz azad ticarət zonası barədə sazişi razılaşdırdıq. Müvafiq sənədlər yaxın vaxtlarda imzalanacaq», deyə Medvedev MDB sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Rusiya prezidenti məlumat verib ki, MDB azad ticarət zonasının yaradılması barədə saziş dekabrın üçüncü ongünlüyündə imzalanmaq üçün açıq olacaq.

Həmçinin o bu il MDB ölkələrində Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinin qeyd olunmasının vurğulayıb.

«Ümumi tarix, qarşılıqlı mədəni əlaqələr bizi çox birləşdirirlər», deyə Medvedev qeyd edib.

O etiraf edib ki, MDB-nin iqtisadi baxımdan nailiyyətləri çox deyil, lakin humanitar və mədəni əməkdaşlıq sahəsində «iş pis qurulmayıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR