Bank Of Baku

Moskvanın mərkəzində baş vermiş toqquşmalarda 10 nəfər yaralanıb, 65 nəfər saxlanılıb

Moskvanın mərkəzində baş vermiş toqquşmalarda 10 nəfər yaralanıb, 65 nəfər saxlanılıb
# 11 dekabr 2010 17:49 (UTC +04:00)
Bakı-APA. Moskva polisi yoldan keçən adamlarla dava-dalaş saldıqlarına və Xüsusi polis dəstəsi əməkdaşlarına müqavimət göstərdiklərinə görə 65 futbol fanatını saxlayıb.
APA-nın RİA Novosti agentliyə istinadən verdiyi xəbərə görə, Moskvanın Manej meydanında fanatların saldıqları toqquşmalarda 10 Qafqaz bölgəsindən olan adam yaralanıb.
Manej meydanında olan 1,5 min fanat metro stansiyasına daxil olub və orada da dava dalaş salıb.
Manej meydanına polis patrulları və Daxili qoşunların dəstələri nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR