Bank Of Baku

Gürcüstanda yanvarın 1-dən sonra məhbuslar video görüşlər keçirə biləcəklər

Gürcüstanda yanvarın 1-dən sonra məhbuslar video görüşlər keçirə biləcəklər
# 12 dekabr 2010 04:39 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamenti “Məhbuslar haqqında məcəllə”- də dəyişiklik aparıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məhbuslar 2011-ci il yanvarın 1-dən yaxınlarla və ailə üzvləri ilə veb-kameranın köməyi ilə video görüş keçirə biləcəklər.
"Bu imkandan ağır cinayət törədən məhbuslar və kriminal avtoritetlər istifadə edə bilməyəcəklər. Yeni qaydaya görə, görüş dairəsi indi geniş bir şəkil alır, məhbuslar ailə üzvlərindən başqa yaxın qohumlarla da söhbət eləyə bilərlər, - "deyə parlamentə qanun layihəsini təqdim edən hüquq komitəsinin üzvü Andro Alavidze jurnalistlərə bildirib. "Video görüşlərin sayını cəzaların icrası və hüquqi yardım naziri müəyyən edəcək. Bu idarə xidmətə görə tələb olunan qiyməti də təyin edəcək."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR