Bank Of Baku

Beynəlxalq Böhran Qrupu “Gürcüstan: stabil gələcəyin təmin olunması” adlı hesabat hazırlayıb

Beynəlxalq Böhran Qrupu “Gürcüstan: stabil gələcəyin təmin olunması” adlı hesabat hazırlayıb
# 13 dekabr 2010 15:47 (UTC +04:00)
APA-nın məlumatına görə, sənəddə deyilir ki, 2008-ci ildə Rusiya ilə aparılan müharibəyə baxmayaraq, Gürcüstan siyasi və iqtisadi stabilliyi qoruyub: “Lakin hökumət növbəti seçkilərə qədər qalan 2 ildən istifadə etməlidir, müxalifətlə səmərəli dialoq apararaq demokratik institutlara münasibətdə cəmiyyətin etimadını qazanmalıdır”.

Hesabatda deyilir ki, son 2 ildə hökumət məhkəmə və KİV sahəsində bir sıra islahatlar aparıb, amma görüləcək çox iş var: “Gürcüstanda çoxları elə bilir ki, məhkəmə hakimiyyəti icra hakimiyyətindən asılıdır və prokurorluğun təsiri altındadır, KİV-lər siyasiləşib. Son 3 ildə Gürcüstanın müharibənin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq tərəfdaşlardan aldığı 4-5 milyard dollar yardım bitmək üzrədir. 2012-2013-cü illərdə rəsmi Tiflisin iri ödənişlər edəcəyini nəzərə alsaq, onun xarici borcları və ticarət defisitini ödəməkdə yeni seçki siklinin əvvəlində çətinliklərlə rastlaşa bilər”.

BBQ-nın Avropa proqramının direktoru Sabina Freyzer hesab edir ki, 1991-ci ildə müstəqillik qazanandan sonra hakimiyyətin ilk demokratik dəyişməsinə hazırlıq prosesində hökumət güclü siyasi və iqtisadi təzyiq altına düşəcək: “İslahatların vicdanla həyata keçirilməsi ölkədə inqilabı dövrə yekun vuracaq, ölkə daxilində hökumətin legitimliyini və ölkənin fasiləsiz beynəlxalq siyasi və maliyyə dəstəyini təmin edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR