Bank Of Baku

Rusiya müxalifəti vahid partiyada birləşib

Rusiya müxalifəti vahid partiyada birləşib
# 13 dekabr 2010 16:29 (UTC +04:00)
Bakı - APA. Bu gün Rusiya müxalifətinin təmsilçiləri yeni partiya yaratdıqlarını elan ediblər.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, “Xalq Azadlıq Partiyası” adlı qurumun yaradılması haqqında qərar “Korrupsiyasız Rusiya uğrunda” demokratik koalisiyasının qurultayında qəbul olunub.

Koalisiyanın liderləri Boris Nemtsov, Vladimir Rıjkov, Vladimir Milov və Mixail Kasyanovdur. M.Kasyanov bildirib ki, Ədliyyə Nazirliyi yeni partiyanı qeydiyyata alarsa, onlar həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərində iştirak edəcəklər. B.Nemtsov isə deyib ki, hakimiyyət yeni partiyanı qeydə almamaqla bundan sonrakı bütün seçkilərin qeyri-legitimliyinə imza atmış olacaq.

Qeyd edək ki, “Korrupsiyasız Rusiya uğrunda” demokratik koalisiya bu ilin sentyabr ayında yaradılıb. Koalisiyaya “Həmrəylik” və “Demokratik seçki” hərəkatları, Respublika Partiyası və Rusiya Xalq Demokratik İttifaqı daxil olub. Koalisiya liderləri 2012-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR