Bank Of Baku

Rustavi meri öz xidməti avtomobilini hərraca qoyub

Rustavi meri öz xidməti avtomobilini hərraca qoyub
# 13 dekabr 2010 19:18 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Dekabrın 13-də Rustavi merliyinin məmurları 6 ədəd avtomobili hərraca çıxarıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rustavi şəhər meri Mamuka Çikovani jurnalistlərə bildirib ki, avtomobillərin satışından gələn gəlir şəhər büdcəsinə daxil ediləcək və şəhər sakinlərinin müxtəlif problemlərinin həllinə xərclənəcək.
Qeyd edək ki, bu gün şəhər merinin və şəhər bələdiyyə sədrinin və digər məmurların xidməti maşınları hərraca qoyulub. Hərracda Rustavi merinin "Folsvaqen" markalı maşını 40 000 lari, şəhər bələdiyyəsinin sədrinin xidməti "Mersedes" maşını 7.500 lari qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR