Bank Of Baku

Manana Mancqaladze: "Azərbaycan və Gürcüstan sərhədlərinin demarkasiyası barədə danışıqlar prosesinə qiymət vermək hələ tezdir"

Manana Mancqaladze: "Azərbaycan və Gürcüstan sərhədlərinin demarkasiyası barədə danışıqlar prosesinə qiymət vermək hələ tezdir"
# 15 dekabr 2010 04:19 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. "Azərbaycan və Gürcüstan sərhədlərinin demarkasiyası barədə danışıqların başa çatmasına qiymət vermək hələ tezdir." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu bəyanatla Gürcüstan prezidentinin mətbuat spikeri Manana Mancqaladze çıxış edib. "Məsələ iki mehriban qonşu-tərəfdaş dövlətlərə aiddir. Dialoq başa çatdıqdan sonra sərhədlərin demarkasiyası məsələsinə qiymət vermək mümkündür. Lakin vaxtından əvvəl hər bir fəaliyyət hələ tezdir,-"deyə Mancqaladze bildirib.
"Azərbaycan-Gürcüstan sərhədinin demarkasiya və delimitasiya danışıqları davam edir. Lakin Keşikçi dağı sahəsi ilə bağlı Gürcüstanla ərazi mübadiləsi müzakirə mövzusu deyil,-” deyə XİN sözçüsü Gürcüstan XİN müavini Nino Kalandadzenin David Qareci monastır kompleksinə münasibətini şərh edərkən deyib.
Nino Kalandadze bildirib ki, bu məsələ Azərbaycan və Gürcüstan sərhədinin delimitasiyası prosesi başa çatdıqdan sonra həll olunacaq. Nazir müavini David Qareci monastır kompleksinin ("Keşikçi dağı") yerləşdiyi mübahisəli ərazinin əvəzində Azərbaycan tərəfindən Gürcüstana güzəşt edilə biləcəyini bildirib.
Xatırladaq ki, Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası ilə bağlı Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiya və delimitasiya danışıqları çərçivəsində Azərbaycan Gürcüstanla mübahisəli ərazilərin mübadiləsi məsələsini müzakirə etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR