Bank Of Baku

Qazaxıstan səfiri: “Dünyada mövcud olan böhran prosesinə baxmayaraq, Azərbaycan kimi Qazaxıstan da iqtisadiyyatda pozitiv dinamikanı qorumağa müvəffəq olub”

Qazaxıstan səfiri: “Dünyada mövcud olan böhran prosesinə baxmayaraq, Azərbaycan kimi Qazaxıstan da iqtisadiyyatda pozitiv dinamikanı qorumağa müvəffəq olub”
# 15 dekabr 2010 12:15 (UTC +04:00)
APA-nın məlumatına görə, səfri bildirib ki, bu illər ərzində Qazaxıstan çox böyük yol qət edib: “Bu illər ərzində Qazaxıstanda dövlət institutları formalaşdırılıb, iqtisadiyyat yaradılıb. Qazaxıstan de-fakto və de-yure bütün sərhədlərini müəyyənləşdirib və heç bir qonşu ölkəyə qarşı ərazi iddiası yoxdur”.

Səfirin sözlərinə görə, ölkənin valyuta ehtiyatları 53 milyard dollar təşkil edir, ölkə iqtisadiyyatına 100 milyard dollardan çox birbaşa sərmayə cəlb edilib, son 8 il ərzində ÜDm-in həcmi artmaqdadır: “Dünyada mövcud olan böhran prosesinə baxmayaraq, Azərbaycan kimi Qazaxıstan da iqtisadiyyatda pozitiv dinamikanı qorumağa müvəffəq olub. Dövlətin əsas vəzifələrindən biri kiçik və orta biznesi inkişaf etdirmək, bu sahəyə investisiya cəlb etməkdir. Bu gün Qazaxıstanda 2600-dən çox kütləvi informasiya vasitəsi, 18 mindən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir, 11 dildə, o cümlədən Azərbaycan dilində qəzet nəşr olunur, 200-dən artıq etnik məktəb yaradılıb. Rəsmi rəqəmlərə görə, Qazaxıstanda 92.000 azərbaycanlı yaşayır”.

Səfir Qazaxıstan hökumətinin millətlərarası münasibətlərə böyük diqqət ayırdığını deyib: “Hesab edirəm ki, biz bu məsələdə tam qarşılıqlı anlaşmaya nail olmuşuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR