Bank Of Baku

Moskvada milli zəmində toqquşmaların qarşısını almaq üçün əlavə tədbirlər görülür

Moskvada milli zəmində toqquşmaların qarşısını almaq üçün əlavə tədbirlər görülür
# 15 dekabr 2010 14:19 (UTC +04:00)
Moskva-APA. Moskva milisi Kiyev vağzalı ərazisində 20 nəfəri şübhəli şəxs qismində saxlayıb. APA-nın məlumatına görə, saxlanan şəxslər yaxınlıqda milis şöbəsinə aparılıb. Onların saxlanmasının səbəbi açıqlanmır. Milis idarəsinə aparılan şəxslər sırasında radikal millətçi ruslar və milli diasporların nümayəndələri də var.

Xatırladaq ki, “Slavyan gücü” hərəkatı bu gün Moskvada qafqazlılarla radikal millətçi qruplaşmalar arasında iki toqquşmanın olduğu barədə məlumat yayıb. Rəsmi dairələr isə hələlik bu məlumatı təsdiqləməyiblər. Toqquşmalara yol verməmək üçün Kiyev vağzalı ətrafında qafqazlılara məxsus bir neçə ticarət köşkü bağlanıb. “Smolenskaya” metro stansiyası ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, internetdə bu gün Kiyev vağzalı ətrafında qafqazlılarla ruslar arasında toqquşma olacağı barədə məlumatlar yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR