Bank Of Baku

Yelena Tevdoradze: “Azərbaycan dilli məktəblərdə kimya, fizika və coğrafiya fənləri tədris edilmir”

Yelena Tevdoradze: “Azərbaycan dilli məktəblərdə kimya, fizika və coğrafiya fənləri tədris edilmir”
# 15 dekabr 2010 18:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Azərbaycan dilli məktəblərdə kimya, fizika və coğrafiya fənləri tədris edilmir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze bildirib. Onun sözlərinə görə, Qardabani və Marneulidə 17 kimya müəllimi, 18 fizika və 14 coğrafiya-tarix və digər fənlərdən də ixtisaslı kadrlar çatışmır: “Məlumdur ki, bu il dərs ilinin yekununda 12-ci sinif şagirdləri attestat almaq üçün 8 imtahan verəcəklər. Əgər onlar bu imtahanları verə bilməsələr, attestat almayacaq və ali məktəblərə qəbul ola bilməyəcəklər. Hazırkı vəziyyətdə bizim şagirdlər günahkar deyil. Çünki onlar bu fənlərdən hazırlıqlı deyillər. Buna görə də hökumət çıxış yolu tapmalıdır. Onların attestat almaq hüquqlarını əllərindən almaq olmaz. Bu vacib məsələdir. Qanunla onlar imtahan verməlidirlər. Lakin onu da başa düşmək lazımdır ki, heç kim onlara bu fənlərdən imtahan verməyi öyrətməyib. Çünki sadəcə olaraq bizim bu fənlərdən müəllimlərimiz yoxdur. Biz çıxış yolu tapmalıyıq”.

Yelena Tevdoradze 12-ci sinifdə təhsil alan şagirdlərin attestat almaq üçün keçmədikləri fənlərdən imtahan verə bilməyəcəklərini vurğulayıb: “Mən təsəvvür edə bilmirəm, bu necə olacaq. Bəlkə bu il onlar imtahan verməkdən azad olsunlar. Bəlkə göstərilən fənlərdən təyin olunan imtahanı digər fənlərlə əvəz etdik. Eyni zamanda Azərbaycan dilli məktəblər üçün təcili kadrlar hazırlamaq lazımdır ki, gələn il belə problemlər olmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR