Bank Of Baku

Moskvada 700-ə yaxın insan saxlanılıb

Moskvada 700-ə yaxın insan saxlanılıb
# 15 dekabr 2010 18:53 (UTC +04:00)
Bakı-APA. Moskvada milis 700-ə yaxın insanı saxlayıb. Onlardan travmatik və soyuq silahlar götürülüb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Moskva Baş Daxili İşlər İdarəsinin (BDİİ) rəsmi nümayəndəsi Viktor Biryukov məlumat verib.

Onun sözlərinə görə, 420 nəfər Kiyev vağzalının yaxınlığında saxlanılıb.

"Ümumilikdə milis yaxşı işləyib, ciddi qanun pozuntuları yoxdur ", deyə BDİİ rəsmisi bildirib.

Kiyev vağzalının yaxınlığında asayişi 3 mindən artıq milis əməkdaşı və daxili qoşunların hərbçiləri qoruyurlar.

Artıq Kreml ətrafında və Manej meydanında da daxili qoşunların hərbçiləri növbə çəkirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR