Bank Of Baku

Matvienko: Sankt-Peterburqda iğtişaşların təşkilatçıları və iştirakçıları həbs edilib və cəzalandırılıb

Matvienko: Sankt-Peterburqda iğtişaşların təşkilatçıları və iştirakçıları  həbs edilib və cəzalandırılıb
# 16 dekabr 2010 18:09 (UTC +04:00)
Bakı-APA. Sankt-Peterburqda baş vermiş iğtişaşların təşkilatçıları və iştirakçıları həbs edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.
APA-nın RİA Novosti agentliyinin istinadən verdiyi xəbərə görə, bu barədə Sankt-Peterburq qubernatoru Valentina Matvienko prezident Dmitri Medvedevin keçirdiyi müşavirədə dedib.
Keçən həftənin sonunda futbol pərəstişkarları və millətçilər Sankt-Peterburq və Moskvada törətdikləri iğtişaşlarda onlarla insan döyülüb xəsarət almışdı. İğtişaşlara səbəb Kabardin-Balkaria sakini tərəfindən "Spartak" futbol komandasının fanatı Yegor Sviridovun qətli olub.
Bu gün Moskva və Sankt-Peterburqda gənclərdən ibarət qruplar icazəsiz kütləvi aksiya keçirməyə cəhd etmişdilər. Moskvada və Sankt-Peterburqda 1300 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR