Bank Of Baku

Medvedev: Rusiyada ekstremizm çox sərt cəzalandırılacaq

Medvedev: Rusiyada ekstremizm çox sərt cəzalandırılacaq
# 16 dekabr 2010 23:30 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Rusiyada ekstremizm çox sərt cəzalandırılacaq.
"Rusiya – çoxmillətli ölkədir. Bunu iğtişaş salmağa çalışanlar yadda saxlamalıdırlar. Buna görə, ekstremizm çox sərt cəzalandırılacaq", Rusiya prezidenti öz Twitter-dəki mikrobloqunda yazıb.
Xatırladaq ki, 11 və 15 dekabrda Moskvada keçirilən icazəsiz mitinqlər zamanı millətçi şüarlar səsləndirilmişdir.
Asayişin təmin edilməsinə həsr edilmiş müşavirədə Medvedev ekstremizmə görə məsuliyyəti sərtləşdirməyi istisna etməyib.
Millətlərarası ədavət salmaq - bir ağır cinayətdir, Medvedev deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR